Bank Of Baku

Sabiq müstəntiq Mahir Nağıyevin işi üzrə məhkəmə qərarından verilmiş apellyasiya şikayəti təmin olunmayıb

Sabiq müstəntiq Mahir Nağıyevin işi üzrə məhkəmə qərarından verilmiş apellyasiya şikayəti təmin olunmayıb
# 30 yanvar 2009 14:10 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bu gün Bakı Apelyasiya Məhkəməsində Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin mühüm işlər üzrə sabiq müstəntiqi Mahir Nağıyevin işi üzrə məhkəmə qərarından apelyasiya şikayətinə baxılıb. Məhkəmədən APA-ya verilən məlumata görə, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə M. Nağıyev barəsində birinci məhkəmə instansiyasının çıxardığı qərar qüvvədə saxlanılıb və sabiq müstəntiqin cəzasının yüngülləşdirilməsi ilə bağlı iddiası təmin olunmayıb.

Qeyd edək ki, Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin mühüm işlər üzrə sabiq müstəntiqi Mahir Nağıyev vəzifəli şəxs kimi qanunsuz hərəkətə yol verərək rüşvət almaqda, şəxsi maraqlarına naminə öz qulluq səlahiyyətindən istifadə edərək, xidməti mövqeyinə zidd olaraq səlahiyyət hüquqlarından açıq-aşkar kənara çıxan hərəkətlər etməklə vətəndaşların və dövlətin qorunan mənafeyinə mühüm zərər vurmaqda ittiham olunur və ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri üzrə ittiham irəli sürülüb.

Xatırladaq ki, M. Nağıyev qeyd olunan ittiham üzrə 2007-ci il oktyabrın 30-da həbs edilib. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə isə 5 il azadlıqdan məhrum olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR