Bank Of Baku

Bakı sakinindən silah-sursat və xeyli miqdarda narkotik vasitə götürülüb

Bakı sakinindən silah-sursat və xeyli miqdarda narkotik vasitə götürülüb
# 31 yanvar 2009 07:33 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakı sakinindən silah-sursat və xeyli miqdarda narkotik vasitə götürülüb. Bakı şəhər Baş Polis İdarəsində APA-ya verilən məlumata görə, Əzizbəyov Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş, 1961-ci il təvəllüdlü Qafarov İlqar Baba oğlundan 0,066 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Keçirilən tədbir nəticəsində narkotik vasitəni ona satan 1973-cü il təvəllüdlü Əliyev Rövşən Ağamirzə oğlu da həbs edilib. Onun yaşadığı mənzilə baxış keçirilərkən isə oradan 46,439 qram heroin, 1 ədəd AKM sandıqçası və 30 ədəd 5,45 kalibirli patron aşkar olunaraq götürülüb. Həmçinin R. Əliyevin qeyri-rəsmi nikahda olduğu, 1967-ci il təvəllüdlü Qədimova Dürdanə Əzizağa qızının evindən təqsirləndirilən şəxsə məxsus 2,681 qram heroin və müxtəlif növ bıçaqlar aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR