Bank Of Baku

Böyük qardaşını qətlə yetirən Bakı sakini həbs olunub

Böyük qardaşını qətlə yetirən Bakı sakini həbs olunub
# 31 yanvar 2009 07:36 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Böyük qardaşını qətlə yetirməkdə təqsirləndirilən Bakı sakini həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, paytaxtın Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsində yaşan 1991-ci il təvəllüdlü Həşimov Elvin Füzuli oğlu bıçaqla qardaşı 1986-cı il təvəllüdlü Rüfət Həşimovu qətlə yetirdiyi üçün Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq istintaqa təhvil verilib.
Qeyd edək ki, sözügedən qətl hadisəsi yanvarın 29-da M.Rəsulzadə qəsəbəsi, Dəmiryol küçəsi, ev 16-da baş verib. Adıçəkilən ünvanda yaşayan E.Həşimov böyük qardaşı, R.Həşimovu bıçaqlayıb. Yaralı qara ciyərindən və qarın boşluğundan aldığı ağır bıçaq zərbələrindən hadisə yerindəcə keçinib. Hadisəni törədən E.Həşimov isə qaçıb. İlkin məlumatda hadisənin baş verməsinə R.Həşimovun gözləri kor olan atasını təhqir etməsi səbəb olduğu bildirilir. Xəstə atasının təhqir olunmasına dözməyən Elvin böyük qardaşını öldürmək qərarına gəlib.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR