Bank Of Baku

Ağcabədi rayonunun mərkəzi bazarında yanğın baş verib

Ağcabədi rayonunun mərkəzi bazarında yanğın baş verib
# 31 yanvar 2009 09:09 (UTC +04:00)
Ağcabədi. Teymur Zahidoğlu – APA. Ağcabədi rayonunun mərkəzi bazarında yanğın baş verib. APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə bu gecə bazarın gözətçi otağında qeydə alınıb. Baş vermiş yanğın nəticəsində bazarın gözətçisi, 1952-ci il təvəllüdlü Valeh Cavadov elə otaqdaca yanaraq ölüb.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin rayon Yanğından Mühafizə Xidmətinin əməkdaşları qısa müddət ərzində yanğının bazarda olan digər obyektlərə keçməsinin qarşısını alıb. İlkin ehtimala görə, yanğının baş verməsinə gözətçi otağında quraşdırılmış kustar üsulla hazırlanmış elektrik cihazı səbəb olub. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR