Bank Of Baku

Prokuror müavini: “Bakının Nərimanov rayonu Azadlıq prospekti 154 ünvanında baş verən partlayışa qaz sızması səbəb olmayıb”

Prokuror müavini: “Bakının Nərimanov rayonu Azadlıq prospekti 154 ünvanında baş verən partlayışa qaz sızması səbəb olmayıb”
# 31 yanvar 2009 10:58 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. “Bakının Nərimanov rayonu Azadlıq prospekti 154 ünvanında baş verən partlayışa qaz sızması səbəb olmayıb”. Bu sözləri APA-ya açıqlamasında Nərimanov rayon prokurorunun müavini Cavid Quliyev deyib. Onun sözlərinə görə, aparılan təhqiqat nəticəsində hadisə baş verən obyektə təbii qazın uzun müddətdən bəri verilmədiyi məlum olub: “Tərəfimizdən aparılan araşdırmalar nəticəsində məlum oldu ki, partlayış çörək bişirmə sexinə bitişik kişi bərbərxanasında baş verib”. C. Quliyev hadisəyə Hafiz Fətullayevə məxsus bərbərxanada yerləşdirilmiş “Areston” tipli su qızdırıcısının səbəb olduğunu bildirib: “Araşdırmalar zamanı məlum oldu ki, bu bərbərxananın sahibi on günə yaxındır ki, işə çıxmayıb və orada olan su qızdırıcısı da işlək vəziyyətdə qalıb. Uzun müddət elektrikdə qalan qızdırıcının içərisində olan suyun buxarlanması sonda partlayışa səbəb olub. Nəticədə qonşu obyektə ciddi ziyan dəyib və 3 nəfər xəsarət alıb”. Hazırda baş vermiş hadisə ilə əlaqədar istintaq tədbirlərinin davam etdirildiyini vurğulyan C. Quliyev faktla bağlı hələlik heç kimin saxlanılmadığını da əlavə edib.
Qeyd edək ki, ötən gün səhər saat 10:00 radələrində Bakının Nərimanov rayonu, Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişməsində yerləşən 16 mərtəbəli yaşayış binasına bitişik çörəkbişirmə sexində partlayış baş verib. Partlayış nəticəsində sexin işçiləri – 1958-ci il təvəllüdlü Tamella Hüseynova, 1967-ci il təvəllüdlü Dilşad Hüseynova və 1968-ci il təvəllüdlü Gülnisə Lətifova xəsarət alıb. Yralılardan D. Həsənovaya ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılsada digər iki nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 162-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR