Bank Of Baku

İncəsənət Gimnaziyasına bomba qoyulması barədə polisə yalan məlumat verən məktəbli həbs edilib

İncəsənət Gimnaziyasına bomba qoyulması barədə polisə yalan məlumat verən məktəbli həbs edilib
# 31 yanvar 2009 12:42 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. İncəsənət Gimnaziyasının binasına bomba qoyulması barədə polisə yalan məlumat verməkdə təqsirləndirilən məktəbli həbs edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, saxlanılan şəxs elə həmin gimnaziyanın 7-ci sinif şagirdidir. Hadisəni törədən azyaşlı olduğu üçün onun adı açıqlanmır.

Qeyd edək ki, bir neçə gün əvvəl naməlum şəxs adıçəkilən təhsil ocağına telefon açaraq binaya bomba qoyulması barədə məlumat verib. Gimnaziyanın rəhbərliyi də öz növbəsində dərhal polisi məlumatlandırıb. Polis, fövqəladə hallar və milli təhlükəsizlik nazirliklərinin əməkdaşları binada olan hər kəsi evakuasiya edərək orada axtarış aparıblar. Lakin binada heç bir partlayıcı qurğu tapılmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR