Bank Of Baku

Azərbaycanın Masallı rayonunda bir ailənin 6 üzvü dəm qazından zəhərlənib

Azərbaycanın Masallı rayonunda bir ailənin 6 üzvü dəm qazından zəhərlənib
# 01 fevral 2009 11:27 (UTC +04:00)
Hadisə rayonun Həsənli kəndində baş verib. Ailənin başçısı, 1974-cü il təvəllüdlü Bəxtiyar Hüseynovun sözlərinə görə, yaşadıqları kənddə elektrik enerjisinin verilişində tez-tez fasilələr yarandığından o, yanvarın 31-də bazardan elektrik generatoru alıb. Saat 23.00-da işıqlar yenə sönüb. B. Hüseynov evin zirzəmisində yerləşdirdiyi generatoru işə salaraq televizora baxmağa başlayıb. Gecə saat 4.00 radələrində kəskin iy hiss edən B. Hüseynov ailə üzvlərinin yatdığı otağa keçib. O, otağa girəndə ailə üzvlərinin hamısının yarıölü vəziyyətdə olduğunu görüb. B. Hüseynov qonşusuna zəng edib. Dərhal köməyə gələn qonşu ailənin bütün üzvlərini xəstəxanaya çatdırıb. Məlum olub ki, generator düzgün quraşdırılmadığından ayrılan dəm qazı üstdəki otağa dolub və yatılı vəziyyətdə olan ailə üzvlərini zəhərləyib.

Masallı MRX-nın baş həkimi Cəlil Nəzərov APA-nın cənub bürosuna bildirib ki, B. Hüseynov və həyat yoldaşı, 1974-cü il təvəllüdlü Səfaqət Hüseynzadənin vəziyyəti kafi, B. Hüseynovun anası, 1943-cü il təvəllüdlü Zeynəb Məmmədovanın, oğlu, 2000-ci il təvəllüdlü İlkinin, qızları - 2002-ci il təvəllüdlü Zeynəb və 2003-cü il təvəllüdlü İlkanənin vəziyyəti isə orta-ağırdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR