Bank Of Baku

Bakı-Naxçıvan-Bakı sərnişin aviareyslərinin yerinə yetirilməsində fasilə yaranıb

Bakı-Naxçıvan-Bakı sərnişin aviareyslərinin yerinə yetirilməsində fasilə yaranıb
# 01 fevral 2009 12:37 (UTC +04:00)
Naxçıvan Beynəlxalq Hava Limanından APA-nın yerli bürosuna verilən məlumata görə, dünən axşam saatlarından etibarən Naxçıvanda müşahidə olunan dumanlı hava səbəbindən uçuşlar yerinə yetirilmir. Hava Limanından bildirilib ki, bu gün heç bir təyyarə qəbul edilməyib. Dünən Bakı istiqamətində həyata keçirilməli olan 256 və 258 saylı sərnişin aviareysləri də yerinə yetirilməyib.

Hava limanından onu da əlavə ediblər ki, aviareyslərin bərpası hava şəraiti normallaşdıqdan sonra mümkün olacaq. Qalan aviareyslərin həyata keçirilməsi və qrafikin bərpa edilməsi üçün Bakı-Naxçıvan-Bakı aviamarşrutuna əlavə təyyarələrin cəlb olunacağı istisna edilmir.

Qeyd edək ki, Naxçıvan-Bakı-Naxçıvan istiqamətində gün ərzində 6-7 reys həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR