Bank Of Baku

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Zaqatala sakini həbs edilib

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Zaqatala sakini həbs edilib
# 01 fevral 2009 13:01 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov - APA. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Zaqatala rayon sakini həbs edilib. Zaqatala rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, axtarış-əməliyyat tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, 1959-cu il təvəllüdlü Əliabad qəsəbə sakini Eyvazov Çeyib Eyvaz oğlu saxlanılıb. Onun üzərindən 300 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

İlkin araşdırma zamanı Ç. Eyvazovun narkotik vasitənin satış məqsədi üçün əldə etdiyi məlum olub.

Ç. Eyvazov barəsində Zaqatala RPŞ-də Cinayət Məcəlləsinin 234.2 maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR