Bank Of Baku

Yardımlı rayon Polis Şöbəsinin rəisi Şamil Seydli “İlin nümunəvi dövlət məmuru” seçilib

Yardımlı rayon Polis Şöbəsinin rəisi Şamil Seydli “İlin nümunəvi dövlət məmuru” seçilib
# 02 fevral 2009 08:36 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Yardımlı rayon Polis Şöbəsinin rəisi Şamil Seydli Yardımlıda keçirilən sorğuda “İlin nümunəvi dövlət məmuru” seçilib. Bu barədə APA-ya sorğunu keçirən “Yardımlı Xeyriyyə Cəmiyyəti” İctimai Birliyinin sədri Elman Eldaroğlu bildirib. Təşkilat sədri deyib ki, Yardımlı sakinləri və əslən Yardımlıdan olan insanlar arasında keçirilən sorğuda bir neçə nominasiya üzrə qaliblər müəyyənləşib: “Yardımlı sakinləri rayon Polis Şöbəsinin rəisi Şamil Seydlini nümunəvi xidmətinə və vətəndaşlıq mövqeyinə görə “İlin nümunəvi dövlət məmuru” nominasiyasının qalibi ediblər”.

E. Eldaroğlu polis şöbəsinin rəisinə suvenir və diplom hədiyyə edildiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR