Bank Of Baku

Bakıda baş verən yol qəzasında 1 nəfər ölüb, 1 nəfər yaralanıb

Bakıda baş verən yol qəzasında 1 nəfər ölüb, 1 nəfər yaralanıb
# 02 fevral 2009 09:04 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda üç avtomobil toqquşub. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, qəza hadisəsi Keşlə qəsəbəsində baş verib. Qəsəbə sakini, 1985-ci il təvəllüdlü Qardaşov Emil Radik oğlunun idarə etdiyi “Mercedes” markalı, 10 TR 658 dövlət nömrə nişanlı avtomaşın, Ağdam rayon sakini, 1985-ci il təvəllüdlü İmanov Vasif Səxavət oğlunun idarə etdiyi “VAZ-2107” markalı, 90 DZ 267 dövlət nömrə nişanlı və Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Həsənov İlqar Mahal oğlunun idarə etdiyi “Opel” markalı, 90 OV 236 dövlət nömrə nişanlı avtomobillərlə toqquşması nəticəsində “VAZ-2107” markalı avtomobilin sərnişini, Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Şamilzadə Musa Nadir oğlu hadisə yerində dünyasını dəyişib. Digər sərnişin 18 yaşlı Əliyev Faiq Ədalət oğlu isə xəsarət alaraq 2 saylı Əfəndiyev adına xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR