Bank Of Baku

Azərbaycan paytaxtında 20 yaşlı qızın meyiti tapılıb

Azərbaycan paytaxtında 20 yaşlı qızın meyiti tapılıb
# 02 fevral 2009 09:35 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Bakının Yasamal rayonunda 20 yaşlı qızın meyiti tapılıb. Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, ötən gecə rayonun Əbilov küçəsində, yol kənarında aşkarlanan meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Aparılan araşdırmalar nəticəsində onun şəxsiyyəti müəyyən edilib. Məlum olub ki, bu, 1988-ci il təvəllüdlü Fərqanə Ehtiram qızı Atakişiyevadır. Meyitin üzərinə baxış keçirilərkən onun cibindən 1 ədəd şpris və narkotik vasitə aşkar edilib. 20 yaşlı Fərqanənin narkomaniyanın qurbanı olduğu ehtimal edilir.

Yasamal rayon Prokurorluğundan isə APA-ya bildirilib ki, F. Atakişiyevanın ölümünün səbəbləri hələ araşdırılır: “Biz indidən Fərqanənin narkomaniyanın qurbanı olduğu barədə bir söz deyə bilmərik. Meyit müayinə olunmaq üçün ekspertizaya göndərilib. Yalnız tibbi ekspertizanın rəyindən sonra onun ölümünün səbəbi məlum olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR