Bank Of Baku

Ucarda iki nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib

Ucarda iki nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib
# 02 fevral 2009 09:37 (UTC +04:00)
Ucar. Zahid Abışov-APA. Ötən gecə Bakı-Qazax yolunun 231-ci kilometrliyində, Ucar rayonunun Pirkənd kəndi ərazisində yol qəzası baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, Məmmədov İsrail Abdulla oğlunun idarə etdiyi 36 BD 662 dövlət nömrə nişanlı “KaMAZ” markalı avtomaşınla Cəfərov Elşən Nasir oğlunun idarə etdiyi 61 BD 195 dövlət nömrə nişanlı “VAZ-21015” markalı avtomobil toqquşub. Nəticədə Ucar rayon sakini E. Cəfərov və onun sərnişini Əhədov Şaban Məcid oğlu ağır bədən xəsarətləri ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ş. Əhədovun vəziyyəti ağır olduğu üçün Bakıdakı xəstəxanalardan birinə göndərilib. Faktla bağlı Ucar rayon Polis Şöbəsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR