Bank Of Baku

Azərbaycanın Zaqatala rayonunda 2 və 3 yaşlı körpə yanaraq ölüb

Azərbaycanın Zaqatala rayonunda 2 və 3 yaşlı körpə yanaraq ölüb
# 02 fevral 2009 09:51 (UTC +04:00)
Zaqatala rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə rayonun Əliabad qəsəbəsində Musayev Rəcəb Nəzir oğluna məxsus evdə baş verib. Yanğın nəticəsində R. Musayevin evində kirayə yaşayan Nemətova Ülviyyə Nemət qızının övladları - 2006-cı il təvəllüdlü İsmayılova Xədicə Balaxan qızı və 2007-ci il təvəllüdlü İsmayılova Həbibə Balaxan qızı aldıqları yanıq xəsarətlərindən hadisə yerindəcə ölüblər. Hadisə baş verən zaman körpələr evdə tək olub.

Faktla bağlı Zaqatala RPŞ-də cinayət işi başlanılıb, yanğının baş vermə səbəbləri araşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR