Bank Of Baku

İstanbulda yaşayan azərbaycanlı qadın oğlunu öldürüb

İstanbulda yaşayan azərbaycanlı qadın oğlunu öldürüb
# 02 fevral 2009 10:25 (UTC +04:00)
İstanbul – APA. Türkiyədə yaşayan azərbaycanlı qadın oğlunu öldürüb və intihar etmək istəyib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İstanbulda yaşayan Bahar İbrahimova adlı 25 yaşlı Azərbaycan vətəndaşı 9 yaşlı əlil oğlu Qədirə yuxu dərmanı içirib və onu boğaraq öldürüb. Sonra o, özünü boğaz körpüsündən atmaq üçün avtobusa minib və Topqapı tərəfdə avtobusdan düşərək dənizə tərəf gedib. Ancaq dənizə çatmamış Mövlanaqapı səmtində venasını kəsər intihara cəhd edib. Bunu görən polislər B. İbrahimovanı xəstəxanaya çatdırıblar. Hazırda İstanbuldakı Haseki xəstəxanasında müalicə olunan B. İbrahimova 7 il əvvəl həyat yoldaşından ayrıldığını, oğlu və qardaşı ilə birlikdə İstanbula gəldiyini deyib. O, sıxıntı içində yaşadıqlarını, bu səbəblə əlil övladını öldürdüyünü söyləyib. B. İbrahimovanın qardaşı Elməddin İbrahimov polis tərəfindən saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR