Bank Of Baku

ABU-nun prorektoru Mahir Abdullayevin vətəndaşların külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən katibəsinin məhkəməsi davam edir

ABU-nun prorektoru Mahir Abdullayevin vətəndaşların külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən katibəsinin məhkəməsi davam edir
# 02 fevral 2009 10:59 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə saxta yolla tələbə qəbul etməkdə və dələduzluqda ittiham olunan Binəqədi rayon Polis İdarəsinin keçmiş əməliyyat müvəkkili Müşfiq Muradovun və Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru Elşad Abdullayevin qardaşı, ABU-nun prorektoru Mahir Abdullayevin katibəsi olmuş Bənövşə Hacıyevanın məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə şahid ifadələri dinlənilib. Şahid Zərifə Qocayeva deyib ki, 2007-ci ildə oğlunun Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qəbul olması üçün tanışı Mübarizin vasitəçiliyi ilə M. Muradov ondan 46 min ABŞ dolları alıb. Bir müddət keçdikdən sonra isə onlar aldadıldıqlarını başa düşüb, pulu M. Muradovdan geri tələb ediblər. Lakin ondan pulu almaq mümkün olmayıb. Prosesə şahid qismində dəvət olunan Anar Qədirov, Orxan Məmmədov, Jalə Aqilli, Vurğun Şahbazov və digərləri də cinayət işi ilə bağlı ifadə veriblər.

Proses fevralın 4-də davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərəfindən dələduzluq etmək) maddəsi ilə ittiham olunurlar. İttihama görə, təqsirləndirilənlər 2005-ci ildə bir qrup şəxslə cinayət əlaqəsinə girərək, ABU-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından kənar tələbələr qəbulu işi ilə məşğul olublar. Onlar tələbələri Dağıstanda olan universitetlərdən birinə qəbul etdirməklə, sonra ABU-ya köçürüləcəyini vəd ediblər. Təqsirləndirilən şəxslər 2005-2007-ci illər ərzində 100-dən çox vətəndaşı aldadaraq, pullarını mənimsəyiblər. Adıçəkilən şəxslər 100 min manatdan artıq vəsaitin mənimsənilməsində ittiham olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR