Bank Of Baku

Nijni Novqorodda Azərbaycan vətəndaşına işgəncə verən milis zabitinin məhkəməsi başlayıb

Nijni Novqorodda Azərbaycan vətəndaşına işgəncə verən milis zabitinin məhkəməsi başlayıb
# 02 fevral 2009 11:03 (UTC +04:00)
Nijni Novqorod-APA. Nijni Novqorodda Azərbaycan vətəndaşı Emil Dadaşova işgəncə verən milis baş leytenantı Sergey Biryukovun məhkəmə prosesi başlayıb. Nijni-Novqorod İşgəncələr Əleyhinə Komitədən APA-ya verilən məlumata görə, hakim Pıryevin sədrliyi ilə keçən məhkəmə prosesində soydaşımızın hüquqlarını komitənin hüquqşünası Yuri Sidorov qoruyur. Emil Dadaşov ötən il martın 31-də Nijeqorod rayon daxili işlər idarəsinin istintaq təcridxanasında milis zabiti tərəfindən döyülməsi ilə bağlı komitəyə müraciət etdikdən sonra onun hüquqlarını müdafiəsi təmin olunub. İlkin istintaq zamanı Emil Dadaşovun qanunsuz olaraq istintaq təcridxanasına salındığı və milis baş leytenantı Sergey Biryukov tərəfindən vəhşicəsinə döyüldüyü müəyyənləşib. Biryukov məhkəməyə verdiyi ifadədə ittihamlarla razılaşmadığını bildirib. Proses davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR