Bank Of Baku

Binəqədidə ev yanması nəticəsində 1 nəfər ölüb

Binəqədidə ev yanması nəticəsində 1 nəfər ölüb
# 02 fevral 2009 11:33 (UTC +04:00)
Bakı-APA. Binəqədi rayonundakı 28 May qəsəbə sakini Elman Əliyevə məxsus evdə yanğın baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 1 mərtəbəli 3 otaqlı evdə baş verən yanğın nəticəsində bütövlükdə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Yanıq xəsarəti alan E. Əliyevə isə ilkin tibbi yardım göstərilib. Binəqədi qəsəbə sakini Məhərrəm İsgəndərova məxsus evdə baş verən yanğın isə ölümlə nəticələnib. Məlumata görə, 3 otaqlı evdə baş verən yanğın söndürüldükdən sonra M. İsgəndərovun yanmış meyiti tapılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR