Bank Of Baku

Beyləqanda mağaza yanıb

Beyləqanda mağaza yanıb
# 02 fevral 2009 12:41 (UTC +04:00)
Beyləqan. Teymur Zahidoğlu-APA. Ötən gecə Beyləqan rayonunda yanğın olub. APA-nın yerli bürosunun xəbərinə görə, rayonun 2–ci Şahsevən kənd sakini Orucov Azay Eyyub oğluna məxsus sahəsi 30 kvadrat metr olan mağazada yanğın baş verib. Yanğın nəticəsində mağazada olan büllur mallar, ərzaq və elektrik avadanlıqlarından ibarət olan bütün əşyalar, eləcə də tikilinin özü yanaraq tamamilə sıradan çıxıb. Ticarət obyektinin sahibi APA-nın əməkdaşına bildirib ki, mağaza qəsdən yandırılıb. O, deyib ki, yanğının baş verməsindən ilk xəbər tutan qardaşı Elçin Orucov olub. E. Orucov isə bildirib ki, ilk olaraq yanğını söndürməyə cəhd etdiyi vaxt mağazanın iri şüşələrindən biri sındırılmış halda olub: “Vedrə ilə alovun üstünə su tökəndə ani olaraq partlayış baş verdi, bununla da alov gücləndi”.
Orucov qardaşlarının iddiasına görə, mağazaya yandırıcı maddə atılıb.
Faktla bağlı Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Beyləqan rayon şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR