Bank Of Baku

Ermənistan Silahlı Qüvvələrinin törətdiyi cinayət əməlləri ilə bağlı 279 təqsirləndirilən şəxs barəsində İnterpol vasitəsilə axtarış elan edilib

Ermənistan Silahlı Qüvvələrinin törətdiyi cinayət əməlləri ilə bağlı  279 təqsirləndirilən şəxs barəsində İnterpol vasitəsilə axtarış elan edilib
# 02 fevral 2009 13:36 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev prokurorluqda keçirilən kollegiya iclasında bildirib. X. Vəliyev Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciələri, terror, habelə əsir düşmüş şəxslərə işgəncə verilməsi və erməni silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri ilə bağlı aparılan istintaq barədə məlumat verərək bildirib ki, həmin cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyqırıma görə məsuliyyəti nəzərdə tutan 103-cü və digər maddələrinə tövsif edilib, iş üzrə 279 təqsirləndirilən şəxs barəsində İnterpol vasitəsilə axtarış elan edilib. Hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR