Bank Of Baku

Azərbaycanın hüquq müdafiəçisi avtomobil qəzasına düşüb

Azərbaycanın hüquq müdafiəçisi avtomobil qəzasına düşüb
# 02 fevral 2009 15:25 (UTC +04:00)
Bu barədə APA-ya məlumat verən Ç. Qənizadə hadisənin Nərimanov metrosunun yaxınlığında, Fətəli xan Xoyski küçəsində baş verdiyini bildirib. Ç. Qənizadənin idarə etdiyi “Mercedes” markalı, 10 UU 550 dövlət nömrə nişanlı avtomobili işıqforda dayandığı vaxt eyni markalı, 10 SS 608 dövlət nömrə nişanlı avtomobil arxadan vurub.

Ç. Qənizadənin maşını zərbənin təsirindən yolun əks istiqamətində hərəkət edən “VAZ-2107” markalı avtomobilə dəyib. Nəticədə xəsarət alan olmasa da, hər üçü 3 maşın ciddi zədələnib. Maşınına təxminən 7000 manat məbləğində ziyan dəydiyini qeyd edən Ç. Qənizadə qəzanı törədən şəxsin dəymiş ziyanı ödəyəcəyinə söz verdiyini bildirib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR