Bank Of Baku

Azərbaycan paytaxtında şirkətə məxsus 37 ton sementi oğurlayan şəxslər həbs edilib

Azərbaycan paytaxtında şirkətə məxsus 37 ton sementi oğurlayan şəxslər həbs edilib
# 03 fevral 2009 07:30 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycan paytaxtında fəaliyyət göstərən “BJ Services Compani Middle East” LTD şirkətinə məxsus 37 ton sementi oğurlayan şəxslər həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, ayrı-ayrı vaxtlarda baş verən bu oğurluq əməlini iki nəfərin törətdiyi məlum olub. Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən 1962-ci il təvəllüdlü Novruzzadə Abbasqulu Nəcəf oğlu və 1976-cı il təvəllüdlü Əliyev Elbrus İntiqam oğlu tutulublar. Onlar ilkin dindirilmə zamanı yanvarın 10-dan 22-nə kimi olan tarixdə Bakı-Salyan yolunun 27-ci kilometrliyində yerləşən “BJ Services Compani Middle East” LTD şirkətinin həyətindən 37 ton sement oğurladıqlarını etiraf ediblər. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR