Bank Of Baku

Sumqayıt sakini qonşusunu bıçaqlayıb

Sumqayıt sakini qonşusunu bıçaqlayıb
# 03 fevral 2009 07:54 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Sumqayıtda 28 yaşlı gənc qonşu qadını bıçaqlayıb. Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə şəxsi münaqişə zəminində baş verib. Sumqayıt şəhər sakini, 1980-ci il təvəllüdlü Röyal Abbas oğlu Hüseynov qonşusu, 1979-cu il təvəllüdlü Vəfa Musa qızı Bayramovanı bıçaqlayıb. Sol ayağından və çiyin nahiyəsindən daxilə keçən bıçaq xəsarəti alan V. Bayramova xəstəxanaya yerləşdirilib. Hadisəni törədən R. Hüseynov isə məsuliyyətə cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR