Bank Of Baku

Altayda azərbaycanlını qətlə yetirmiş skinxedlərin məhkəməsi başlayıb

Altayda azərbaycanlını qətlə yetirmiş skinxedlərin məhkəməsi başlayıb
# 03 fevral 2009 08:14 (UTC +04:00)
Bakı - APA. Altayda özünü “Volki Odina” adlandıran ekstremist qruplaşmanın məhkəməsi başlayıb. APA-nın məlumatına görə, qruplaşma üzvləri milli zəmində on hücum və iki qətl hadisəsi törətməkdə ittiham olunurlar. 2006-cı ildə Barnaulda yaradılan qruplaşmanın qurbanları arasında azərbaycanlı da var. 2007-ci ilin yayında skinxedlərin hücumu nəticəsində etnik altaylı Mixail Kundin və azərbaycanlı Elvin Novruzov öldürülüb.

Qruplaşmanın rəhbəri Alkesey Kelber 2007-ci ilin avqustunda həbs olunub. Ondan başqa, qruplaşmanın daha 4 üzvü həbsdədir, ikisi isə iltizam alınmaqla azadlığa buraxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR