Bank Of Baku

Qaradağ sakini avtobusda soyğunçuluq edib

Qaradağ sakini avtobusda soyğunçuluq edib
# 03 fevral 2009 09:52 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycan Dövlət Filarmoniyasının qarşısında soyğunçuluq hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün, səhər saatlarında baş verib. İstiqlaliyyət küçəsi ilə hərəkət edən 5 saylı marşrut avtobusunda olan sərnişin, Qaradağ rayon sakini, 1982-ci il təvəllüdlü Zahir Zakir oğlu Qarayev avtobusta olan digər sərnişin Şəbnəm Cənnətovanın əl çantasından 280 manat pulunu götürərək hadisə yerindən qaçıb. BŞBPİ-nin Dövlət Yol Polisi əməkdaşlarının təqibinə tuş gələn Z. Qarayev Səbayel rayonu ərazisində, 6 saylı orta məktəbin həyətində yaxalanıb. Saxlanılan şəxsin üzərinə baxış keçirilərkən ondan oğurladığı pul maddi sübut kimi götürülüb və iş araşdırılması üçün Səbayel rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR