Radikal dini qruplaşma üzvlərinin məhkəməsində Qobustan həbsxanasının keçmiş rəis müavini ifadə verib
APA-nın məlumatına görə, hakim İslam Neymanovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinin əməliyyat-rejim şöbəsinin rəisi Şahkişi Bağırov ifadə verib. 2007-ci ildə Qobustan həbsxanasında əməliyyat-rejim üzrə rəisi müavini kimi çalışdığını bildirən Ş. Bağırov təqsirləndirilən İlkin İsmayılovu tanıdığını deyib. O, İlkin İsmayılovla Kamran Əsədov arasında həbsxanada 2007-ci ildə keçirilən görüş və telefon danışıqları barəsində ona məlum olan məqamları açıqlayıb. Ş. Bağırov deyib ki, 2007-ci ildə İ. İsmayılovun saxlandığı kameradan mobil telefon tapılaraq götürülüb. Həmin telefonun sahibi olan məhbus isə cəzalandırılıb. O, təqsirləndirilən Kamran Əsədovla İlkin İsmayılovun Qobustan həbsxanasında keçirilən görüşündən isə məlumatsız olduğunu deyib.
Qobustan həbsxanasında nəzarətçi kimi işləyən Mübariz Zeynalov isə şahid qismində verdiyi ifadəsində K. Əsədovun adı çəkilən həbsxanada cəza çəkən Anar Nurlunun yanına gəlməsi barədə məsələyə aydınlıq gətirib. Onun sözlərinə görə, Kamran Əsədov Anar Nurlunun yanına gələndə özünü qohumu kimi təqdim edib, şəxsiyyət vəsiqəsini göstərib.
M. Zeynalov həbsxanada olan görüş prosedurları barədə də məhkəməyə məlumat verib və qeyd edib ki, adı çəkilən şəxslər arasında cinayət tərkibli söhbətin aparılması haqqında məlumatı yoxdur.
K. Əsədov şahidin ifadəsinə müdaxilə edərək deyib ki, İ. İsmayılovla görüş üçün həbsxanaya gedən zaman şəxsiyyət vəsiqəsini deyil, zabit vəsiqəsini təqdim edib, 10 kiloqrama yaxın ərzaq və digər əşyaları Anar Nurluya çatdırıb.
Kamran Əsədov deyib ki, həmin vaxt hərbi hissənin qanunsuz tərk edərək Bakıya gəlib.
Hakim İ. Neymanov bildirib ki, səbəb göstərərək şahid qismində ifadə vermək üçün prosesə gəlməyən şəxslərin ibtidai istintaqa verdikləri ifadələr məhkəmədə elan olunacaq.
Daha sonra İ. İsmayılov məhkəməyə və dövlət ittihamçısına müraciət edərək onunla bağlı qaldırılan cinayət işi ilə razı olmadığını açıqlayıb. Təqsirləndirilən şəxs deyib ki, K. Əsədovla cinayət törədilməsi barədə heç bir razılaşması olmayıb.
Prosesdə söz alan təqsirləndirilən Yaşar Məhərrəmov da dövlət ittihamçısına müraciət edərək ittiham aktının ona və qardaşı Şəhriyar Məhərrəmova aid olan hissəsinin dəyişdirilməsini istəyib. O, günahsız olduqlarını bildirib.
Proses günün ikinci yarısında davam etdiriləcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslər - Kamran Əsədov, Bəxtiyar Orucov, Fərid Cabbarov, Elşən Məmmədov, Kamran Babayev, Samir Mehbalıyev, Tərlan Kərimov, Edqar Əliyev, Ramil Kərimov, Şirvani Babayev, Samir Əliyev, Yaşar Məhərrəmov, Orxan Əlizadə, Hacıbala Hüseynov, Azər İbadov, Şəhriyar Məhərrəmov, Ramin Cəlilov, Rövşən Əbdüləliyev, İlkin İsmayılov və Vüqar Əliyev dini radikal qrupda birləşərək, hərbi mübarizəyə başlamağa cəhd etməkdə, Bakıdakı “LUKoyl” yanacaqdoldurma məntəqəsinə silahlı basqın etməkdə, ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinə qarşı terror aktı hazırlamaqda ittiham olunurlar.
Hadisə
Kənd təsərrüfatı təyinatlı dövlət torpaqlarını zəbt edib satan 11 nəfər cinayət məsuliyyətinə cəlb olunub
Bakıda 79 yaşlı kişi yıxılaraq ölüb
Bakıda 62 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək ölüb
Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO
Xəbər Lenti
Kənd təsərrüfatı təyinatlı dövlət torpaqlarını zəbt edib satan 11 nəfər cinayət məsuliyyətinə cəlb olunub
Rusiyanın Kiyevə hücumunda ölənlərin sayı 30 nəfərə çatıb
Bakıda 79 yaşlı kişi yıxılaraq ölüb
DİM: Başqasının yerinə imtahan vermək istəyən şəxs barəsində araşdırma aparılır
Bakıda 62 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək ölüb
“Wizz Air” Bakı ilə Bratislava arasında birbaşa müntəzəm reyslərə başlayacaq
Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO
Səfərbərlik Xidməti korrupsiya ilə bağlı 88 nəfər barəsində Baş Prokurorluğa müraciət edib
Xorvatiya MN-in nümayəndə heyəti Azərbaycanda səfərdədir
APA TV-də XƏBƏRAPARAN - CANLI
41 153 nəfərə uşağın anadan olmasına görə birdəfəlik müavinət ödənilib
“AzerGold” ilk dəfə yerli bazara gümüş külçələr təqdim edib
Azərbaycan neftinin qiyməti 72 dollara yaxın olub
DÇ-2026: İsveçrə 1/8 finala vəsiqə qazanıb
Bakıda maşın dəmir maneəyə çırpılıb, sürücü ölüb
Bu günün valyuta məzənnələri
Əmtəə bazarlarında qızılın qiyməti 4 200 dollara yaxınlaşır
Tehranda Xamenei ilə vida mərasimi başlayıb
Dünya bazarlarında neftin qiymətləri yenidən yüksəlişə keçib
Nyu-York birjasında təbii qaz bahalaşır
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq
Xəzər Rayon Məhkəməsi “Arzum 9999” ləqəbli tiktoker bərəsində hökmə aydınlıq gətirib
Konqoda Eboladan ölənlərin sayı 447-yə çatıb
Qlobal fond bazarlarının əsas indeks göstəriciləri
"Bitcoin"in qiyməti 61 min dolları ötüb
Venesuelada zəlzələ qurbanlarının sayı 2595-ə çatıb
Silahlılar Mərkəzi Afrika Respublikasında sərhəd şəhərini ələ keçiriblər, 28 nəfər ölüb
DÇ-2026: Portuqaliya 1/8 finala yüksəlib
Tramp sərvətinin trilyon dollara çatması münasibətilə Maskı təbrik edib
ABŞ Sahil Mühafizə Xidməti 3,3 milyard dollar dəyərində altı buzqıran gəmi sifariş edib
Tramp: Cəmi 4 aya İran üzərində tam hərbi qələbə qazandıq, ABŞ-ın əvvəlki müharibələri isə illərlə davam edirdi
Masallıda baş verən qəzada 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb
DÇ-26: İspaniya 1/8-ə 3 qolla yüksəlib
Monakoda ukraynalı biznesmenə qarşı sui-qəsd cəhdində şübhəli bilinən şəxsin kimliyi müəyyən edilib
ABŞ İrana Hörmüz boğazından pulsuz keçid müqabilində dondurulmuş aktivlərini qaytarmağı vəd edib
Rutte: Avropa və Kanada iki il ərzində müdafiə xərclərini 250 milyard dollar artıracaq
Hakan Fidan: Ankarada “NATO 3.0” konsepsiyası qəbul ediləcək
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı 25-ə çatıb - FOTO - YENİLƏNİB-5
Rusiyadan üzən və may ayında Fransa tərəfindən saxlanılan tanker lövbər saldığı ərazini tərk edib
Payızda Serbiyada həm prezident, həm də parlament seçkiləri keçirilə bilər
Dəməşqdə Ədalət Sarayının yaxınlığında partlayışda 6 nəfər ölüb, 22 nəfər yaralanıb - YENİLƏNİB-2
Xarkovda ölən Azərbaycan vətəndaşının meyiti bu gecə Azarbaycana gətiriləcək
Ursula Fon der Lyayen Azərbaycana və Ermənistana səfəri ilə bağlı videoçarx paylaşıb
Nəsimi rayonunda “Polis Günü”qeyd olunub
Ermənistanda 2,4 bal gücündə zəlzələ baş verib
Qazaxda çayda batan yeniyetməni xilas etmək mümkün olmayıb - YENİLƏNİB2
Belarus vətəndaşlarını Rusiyanın sərhədyanı bölgələrinə səfərdən çəkinməyə çağırıb
Polşada iki il ərzində anti-Ukrayna aksiyaları təşkil edən Rusiya agentləri ifşa olunub
Xameneinin dəfnində Azərbaycandan Sahibə Qafarova, Şahin Mustafayev və digər rəsmilər iştirak edəcək