Bank Of Baku

Babək və Şahbuz sakinləri tapdıqları silah-sursatı polis orqanlarına təhvil veriblər

Babək və Şahbuz sakinləri tapdıqları silah-sursatı polis orqanlarına təhvil veriblər
# 03 fevral 2009 10:39 (UTC +04:00)
Bakı-APA. Naxçıvan Muxtar Respublikası sakinləri tərəfindən tapılan silah-sursat könüllü olaraq polis orqanlarına təhvil verilib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Babək rayon sakini Sahib Bağırov tapdığı 1 ədəd “AKM” silahını, 6 ədəd mərmini, 1 ədəd tüstüverici şaşkanı, 4 ədəd gecəgörmə cihazını, 2500 ədəd avtomat gülləsini, 1 ədəd pulemyot lentini, 6 ədəd qumbara alışdırıcısı və 7 ədəd güllə darağını könüllü olaraq Babək rayon Polis Şöbəsinə təqdim edib. Şahbuz rayon sakini Həsən Hüseynov isə tapdığı 1 ədəd nömrəsi silinmiş ov tüfəngini, 2 ədəd fişəngi, 1 ədəd minanı, 2 ədəd qumbaranı və 3 ədəd patron darağını könüllü olaraq Şahbuz rayon Polis Şöbəsinə təhvil verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR