Bank Of Baku

Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib

Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib
# 03 fevral 2009 10:44 (UTC +04:00)
Bakı-APA Şəmkir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dünən saat 19.00 radələrində Şəmkir rayonunun Düyərli kəndi ərazisində Tovuz rayon sakini Bəhmən Abdullayev “VAZ-21074” markalı avtomaşını idarə edərkən kənd sakini Əli Əliyevi vurub. Nəticədə xəsarət alan Ə. Əliyev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı Şəmkir rayon Polis Şöbəsi tərəfindən araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR