Bank Of Baku

Azərbaycan millət vəkilinin başına pul qoymaqda təqsirləndirilən Nardaran sakini həbs edilib

Azərbaycan millət vəkilinin başına pul qoymaqda təqsirləndirilən Nardaran sakini həbs edilib
# 03 fevral 2009 13:35 (UTC +04:00)
Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin rəisi Zaur Bədəlovun APA-ya verdiyi məlumata görə, Nardaran sakini Hacı Hikmət Vəliyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində fevralın 2-dən 3-nə keçən gecə saxlanılıb. O, Nardaranda keçirilən aksiyalardan birində S. Rüstəmxanlının başına pul qoyduğunu elan etdiyi üçün həbs olunub.

Qeyd edək ki, H. Vəliyev və digər Nardaran sakini Hacı Əli Hüseynov bu il yanvarın 9-da Nardaran qəsəbəsinin “İmam Hüseyn” meydanında keçirilən piket zamanı millət vəkili Sabir Rüstəmxanlıya müraciətlə cangüdənlərinin sayını artırmağı məsləhət görməklə onun ölümünə fitva verildiyini bildirərək hədələyiblər. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 24-də Əli Hüseynov şübhəli şəxs qismində saxlanılaraq barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Faktla bağlı hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə cinayət işi başlanılıb və istintaq tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR