Bank Of Baku

Hacı Qamət Süleymanovun keçmiş müavini: ““Əbu Bəkr” məscidini küveytli iş adamı tikdirib”

Hacı Qamət Süleymanovun keçmiş müavini: ““Əbu Bəkr” məscidini küveytli iş adamı tikdirib”
# 03 fevral 2009 14:16 (UTC +04:00)
APA-nın məlumatına görə, hakim İslam Neymanovun sədrliyi ilə keçirilən prosesdə Penirtensiar Xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsinin qeydiyyat üzrə bölük inspektoru Zöhrab Teymurov şahid qismində ifadə verib. O, təqsirləndirilən Bəxtiyar Orucovun 2007-ci ildə şərti cəzası ilə bağlı onun işlədiyi müəssisədə qeydiyyatda olduğunu deyib. Şahid bildirib ki, B. Orucov ayda 1 dəfə müəssisəyə gələrək qeydiyyatdan keçirmiş. Z. Teymurov bildirib ki, B. Orucov qeydiyyat günü müəssisəyə gəlmədiyindən barəsində əməliyyat tədbirləri aparılıb, sənədlər hazırlanaraq müvafiq qurumlara təqdim edilib.
Daha sonra səhhəti ilə bağlı prosesə gəlməməsi barədə məhkəməyə müraciət edən Nərimanov rayon Dindarları Dini İcmasını sədr müavini olmuş Əlixan Musayevin ibtidai istintaqda verdiyi ifadə elan olunub.
Ə. Musayev ifadəsində bildirib ki, “Əbu Bəkr” Məscidi Küveytli iş adamı Məhəmməd Ubudeyr tərəfindən tikilib. Dini İcmanın sədri Hacı Qamət Süleymanovla şəxsi münasibətlərinin hazırda yaxşı olmadığını deyən Ə. Musayev təqsirləndirilən Hacıbala Hüseynovla Qazax rayonunda təşkil olunana məclislərdən birindən tanış olduğunu bildirib. O, 2006-cı ildə isə Bakıda H. Hüseynovla məclislərdən birində aralarında fikir mübadiləsi apardıqlarını da qeyd edib: “Buna qədər isə mənə Hacı Qamət Süleymanovun, Yaşar Qurbanovun və özümün Hacıbala tərəfindən təşkil olunan xütbələrdə təhqir olunmağımız barədə CD verilib. Restoranda görüş zamanı da bizim aramızda dini ehkamlarla bağlı mübahisə yarandı. Mən Hacıbalanın düz yolda olmadığını deyib, bu yoldan çəkilməsini istədim. Onun fikirlərində radikallıq daha çox hiss olunurdu”.
Ə. Musayev ifadəsində adı çəkilən şəxslərin hərəkətlərinin İslam dininə zidd olduğunu da deyib.
Hacıbala Hüseynov isə Ə. Musayevin istintaqa verdiyi ifadəsini əsassız sayıb, onun həqiqətə uyğun olmadığını deyib: “Əlixanın əmisi Ələsgər özünü peyğəmbər elan edib. Getsin, o məsələ ilə məşğul olsun”.
Prosesdə həmçinin şahid qismində Kamran Əsədovun dostu Mahir Muxtarov və Mikayıl Həsənov ifadə veriblər.
Təqsirləndirilən Şəhriyar Məhərrəmovun vəkili müdafiə etdiyi şəxsə bəraət verilməsi barədə vəsatət qaldırıb. Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra məhkəmə K. Əsədovun xidmət etdiyi korpusun komandiri Çingiz Şəfiyevin istintaqa verdiyi ifadənin qapalı prosesdə elan olunması ilə bağlı qərar qəbul edib. Ona görə də məhkəmə prosesi qapalı davam etdirilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər - Kamran Əsədov, Bəxtiyar Orucov, Fərid Cabbarov, Elşən Məmmədov, Kamran Babayev, Samir Mehbalıyev, Tərlan Kərimov, Edqar Əliyev, Ramil Kərimov, Şirvani Babayev, Samir Əliyev, Yaşar Məhərrəmov, Orxan Əlizadə, Hacıbala Hüseynov, Azər İbadov, Şəhriyar Məhərrəmov, Ramin Cəlilov, Rövşən Əbdüləliyev, İlkin İsmayılov və Vüqar Əliyev dini radikal qrupda birləşərək, hərbi mübarizəyə başlamağa cəhd etməkdə, Bakıdakı “LUKoyl” yanacaqdoldurma məntəqəsinə silahlı basqın etməkdə, ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinə qarşı terror aktı hazırlamaqda ittiham olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR