Bank Of Baku

Lənkəranda yanğın olub

Lənkəranda yanğın olub
# 03 fevral 2009 14:52 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev –APA. Lənkəranda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkərandakı Dövlət Yanğından Mühafizə Hissəsindən (DYMH) APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə rayonun Ləj kəndində qeydə alınıb. Sahibkar Səxavət Qəmbərova məxsus “Cənub-Alko” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün ayrılan ərazidəki yaşayış vaqonlarının birində yanğın olub. Hadisə yerinə gələn DYMH-nin iki yanğınsöndürən maşınının köməyi ilə yanğının qonşu vaqonlara keçməsinin qarşısı alınıb. İlkin versiya kimi yanğına MMC işçilərinin qaz balonu ilə ehtiyatsız davranmasının səbəb olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR