Bank Of Baku

Nardaranda qəsəbə sakinləri Hacı Əli Hüseynov və Hacı Hikmət Vəliyevin həbsinə etiraz olaraq mitinq keçiriləcək

Nardaranda qəsəbə sakinləri Hacı Əli Hüseynov və Hacı Hikmət Vəliyevin həbsinə etiraz olaraq mitinq keçiriləcək
# 03 fevral 2009 15:19 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Nardaranda qəsəbə sakinləri Hacı Əli Hüseynov və Hacı Hikmət Vəliyevin həbsinə etiraz olaraq mitinq keçiriləcək. Nardaran Kənd Şurasının üzvü Məşədi Natiq Kərimovun APA-ya verdiyi məlumata görə, qəsəbədəki “İmam Hüseyn” meydanında fevralın 4-də keçiriləcək mitinqdə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi (BMCQMİ) tərəfindən yanvarın 24-də və fevralın 3-də keçirilən əməliyyatlar zamanı saxlanılanlar Hacı Əli Hüseynov və Hacı Hikmət Vəliyevin sərbəst buraxılması tələb olunacaq.

Qeyd edək ki, 2009-cu il yanvarın 9-da Nardaran qəsəbəsində keçirilən mitinq zamanı Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlının hədələnməsi ilə bağlı Sabunçu rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə fakt üzrə cinayət işi başlanılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 24-də Nardaran sakini Hacı Əli Hüseynov şübhəli şəxs qismində saxlanılıb. Yanvarın 26-da Nərimanov rayon Məhkəməsi onun barəsində həbs-qətimkan tədbiri seçib. Fevralın 3-də isə Hacı Hikmət Vəliyev tutulub. Hər iki təqsirləndirilən şəxs BMCQMİ-də saxlanılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR