Bank Of Baku

Azərbaycan paytaxtında avtomobillərdən oğurluq edən şəxslər tutulub

Azərbaycan paytaxtında avtomobillərdən oğurluq edən şəxslər tutulub
# 03 fevral 2009 16:26 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycan paytaxtında avtomobillərdən oğurluq edən şəxslər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, əməliyyatı Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi həyata keçirib. Məlumata görə, Nəsimi Polis Bölməsinə son aylar rayon ərazisində maşınlardan müxtəlif üsullarla oğurluq olması barədə şikayət ərizələri daxil olub. Belə ki, ötən ayın 22-də R. Behdudov küçəsi 25 ünvanında Orucov Famil Xannaib oğluna məxsus “Lexsus” markalı, 90 CB 606 dövlət nömrə nişanlı maşınının arxa sol şüşəsini sındırmaq yolu ilə icərisindən “HP” noutbuku və 300 manat dəyərində olan “Sony” markalı diktafon oğurlanıb. Daxil olan şikayət əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində fevralın 2-də hadisədə şübhəli bilinən şəxslər elə iş başında tutulublar. Əməliyyat nəticəsində 1982-ci il təvəllüdlü Əsgərov Elnur Həmid oğlu və 1983-cü il təvəllüdlü Paşayev Qənəhət Əhliman oğlu tutularaq məsuliyyətyə cəlb ediliblər. Saxlanılan şəxslər ilkin dindirilmə zamanı paytaxt ərazisində daha bir neçə analoji cinayətdə iştirak etdiklərini etiraf ediblər. Belə ki, onların 19 dekabr 2008-ci il tarixdə Bülbül prospekti 35 ünvanında Məmmədova Nərgiz Nəriman qızına məxsus “Opel” markalı, 90 CM 553 dövlət nömrə nişanlı maşının arxa yan şüşəsini sındırmaq yolu ilə dəyəri 1300 manat olan “Dell 6600” markalı noutbuk və vətəndaşa məxsus sürücülük vəsiqəsini oğurladığı məlum olub. Bununla yanaşı, adıçəkilən şəxslər 12 avqust 2008-ci il tarixdə Məmmədov Kamran Cabir oğluna məxsus “Mersedes Benz” markalı, 10 NR 066 dövlət nömrə nişanlı maşınından şüşəsini sındıraraq avtomobilin içərisindən 1200 ABŞ dolları olan qadın çantasını və 200 manat dəyərində olan qızıl-ziynət əyşasını oğurlayıblar. Saxlanılan şəxslər qeyd olunan faktlar üzrə təqsirkar olduqlarını etiraf ediblər. Məlumatda həmçinin bildirilir ki, onların paytaxtın digər rayonlarında da analoji cinayətləri törətmələri ehtimal olunur. Faktla bağlı cinayət işi başlanıb, dəstənin digər üzvlərinin olub-olması araşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR