DİN Yevlaxda 22 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb
14 aprel 2012 11:34 (UTC +04:00)
APA-nın DİN-in saytına istinadən verdiyi xəbərə görə, aprelin 13-də saat 10.55 radələrində Yevlax rayonunun Salahlı kəndi ərazisində Bakı şəhər sakini Səbuhi Ağayevin idarə etdiyi "Mercedes" markalı avtomaşınla Salahlı kənd sakini Teyyub Süleymanovun idarə etdiyi "KVZ-3270" markalı avtobus toqquşub, nəticədə avtobus aşıb.
Qəza zamanı xəsarət almış avtobusun sürücüsü T. Süleymanov və 21 sərnişin xəstəxanaya yerləşdirilib. Onlardan 9-u xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, digərlərin vəziyyətləri isə qənaətbəxşdir.
Faktla bağlı Yevlax RPŞ tərəfindən araşdırma aparılır.

Hadisə
Ucarda qəza olub, xəsarət alan var
19:55
30 may 2024
"Tik-Tok"da xanımların fotolarını yayan şəxsi polis saxlayıb
19:19
30 may 2024
“2 milyon manatı baş nazir Səbuhi Məmmədova vermişəm" - Naxçıvan Arxitektura və Tikinti Komitəsinin sabiq rəisinin məhkəməsi
18:13
30 may 2024
Şabranda yeniyetmə 4-cü mərtəbədən yıxılaraq xəsarət alıb
15:03
30 may 2024