Arif Hacılının anasının yas mərasimində iştirakı ilə əlaqədar müraciəti təmin olunub - YENİLƏNİB
31 may 2012 09:27 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Hazırda həbsdə olan Müsavat Partiyası başqanının müavini Arif Hacılının anası Zahidə Hacıyevanın yas mərasimində iştirakı ilə bağlı müraciəti təmin olunub. Bu barədə APA-ya açıqlamasında ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, general-mayor Mədət Quliyev bildirib. O qeyd edib ki, ölkə başçısı İlham Əliyev məhkumun müraciətinə müsbət reaksiya verib və A. Hacılının anasının dəfn və yas mərasimində iştirakına icazə verilib: “Cənab prezidentin tapşırığı ilə Arif Hacılı evə buraxılıb. Ona yeddi gün anasının yas mərasimində iştirakına icazə verilib”.
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov APA-ya açıqlamasında deyib ki, Arif Hacılı anasının yas mərasimində iştirak üçün Penitensiar Xidmətə müraciət edib: “Arif Hacılının törətdiyi cinayətin az ağır olduğunu, cəza çəkdiyi dövrdə davranış qaydalarını nəzərə alaraq, eyni zamanda humanizm prinsiplərini rəhbər tutaraq ona anasının yas mərasimində iştirak üçün 7 gün müddətinə icazə verilib”.
Qeyd edək ki. A. Hacılının anası Zahidə Hacıyeva uzun sürən xəstəlikdən sonra mayın 30-u axşam saatlarında vəfat edib. A. Hacılı anasının dəfnində iştirakına icazə verilməsi xahişi ilə Penitensiar Xidmət rəhbərliyinə müraciət edib.
A. Hacılı İctimai Palatanın 2 aprel 2011-ci il tarixdə keçirdiyi aksiya ilə əlaqədar saxlanılıb və 2,5 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə
Şəmkirdə qəza olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB - FOTO
23:39
17 may 2024
Bakının İstiqlaliyyət küçəsində kafedə tüstülənmə olub
21:26
17 may 2024
FHN: Kürdəmir və Saatlıda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib - VİDEO
19:55
17 may 2024
“Tərtər işi” ilə bağlı həbs edilən general Bəkir Orucovun cəzası 9 ildən 6 ilə endirilib
17:50
17 may 2024