Məhkəmə Əvəz Temirxanın Vəkillər Kollegiyasına qarşı iddiasını təmin etməyib
05 iyun 2012 11:25 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Nəsimi rayon Məhkəməsində Azərbaycan Liberal Demokrat Partiyasının sədri Əvəz Temirxanın Vəkillər Kollegiyasına üzvlüyə qəbuldan imtinanın qanunsuz sayılması barədə iddiası üzrə məhkəmə prosesi başa çatıb. Ə. Temirxanının vəkili İntiqam Əliyevin APA-ya verdiyi xəbərə görə, hakim Elman Əhmədovun sədrlik etdiyi prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən, Ə. Temirxanın iddiası təmin olunmayıb.
Qeyd edək ki, Ə. Temirxan 2011-ci ildə Vəkillər Kollegiyasının üzlüyünə namizəd olmaq üçün sənəd verib. İyun ayında keçirilən yazılı test imtahanında 62 bal toplayaraq 2-ci tura keçib. 8 dekabr 2011-ci ildə keçirilən şifahi imtahan zamanı Vəkillər Kollegiyasının sədri Azər Tağıyev onun sualları düzgün cavablandırmadığını bildirib. Nəticədə İxtisas Komissiyası Ə. Temirxanın kollegiyaya qəbul olunmaması barədə rəy verib.

Hadisə
Şəmkirdə qəza olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB - FOTO
23:39
17 may 2024
Bakının İstiqlaliyyət küçəsində kafedə tüstülənmə olub
21:26
17 may 2024
FHN: Kürdəmir və Saatlıda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib - VİDEO
19:55
17 may 2024
“Tərtər işi” ilə bağlı həbs edilən general Bəkir Orucovun cəzası 9 ildən 6 ilə endirilib
17:50
17 may 2024