Kür çayında batan şəxsin cəsədi tapılıb

Kür çayında batan şəxsin cəsədi tapılıb
# 12 iyun 2012 10:11 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Kür çayında batan şəxsin cəsədi tapılıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 1960-cı il təvəllüdlü İlyas Mehdi oğlu Hüseynov Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində çimərkən batıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib və axtarışlara başlayıblar. İ. Hüseynovun cəsədi batdığı yerdən, təxminən, 20 metr aralıda “Salyan” sularda xilasetmə məntəqəsinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR