Zəlzələ bölgəsində sökülməsinə başlanmış qəzalı evlərin və məktəb binalarının 70 faizində işlər başa çatdırılıb
18 iyun 2012 14:32 (UTC +04:00)
APA-nın “Fövqəladə Hallar” qəzetinə istinadən verdiyi məlumata görə, yaradılmış işçi qrupları tərəfindən iyunun 13-nə olan məlumata görə, fəlakət bölgəsində 18 min 669 evə baxış keçirilib. Məlum olub ki, yeraltı təkanlar nəticəsində Zaqatala, Balakən və Qax rayonlarında 2813 fərdi ev qəzalı vəziyyətə düşüb. Bundan əlavə, 3342 evin bərpa və gücləndirməyə, 5647 evin isə təmirə ehtiyacı olduğu müəyyənləşdirilib. Baxış keçirilmiş 6867 evin vəziyyəti qənaətbəxş hesab edilib.
Eyni zamanda, yeraltı təkanlar nəticəsində zəlzələ bölgəsində 104 sosial təyinatlı obyekt qəzalı vəziyyətə düşüb, 98 obyektdə bərpa-gücləndirmə işləri aparılmalı, 134 sosial obyekt isə təmir olunmalıdır.
Sökülməsinə başlanmış qəzalı evlərin və məktəb binalarının 70 faizində işlər başa çatdırılıb. Ərazi təmizlənərək tikintiyə başlanması üçün hazır vəziyyətə gətirilib, həmçinin layihələndirmə işləri aparılır. Eyni zamanda, podratçı təşkilatlar tərəfindən fəlakət bölgəsində yaradılmış bazalara və inşası aparılacaq həyətlərə tikinti materialları daşınır. Tezliklə fəlakət bölgəsində yeni evlərin və məktəb binalarının tikintisinə başlanılacaq.

Hadisə
DİN: “Kəpəz”-“Qəbələ” matçında baş vermiş insidentlə bağlı 3 nəfər saxlanılıb
15:59
9 may 2024
Malıbəylidə insana məxsus sümük fraqmentləri aşkar edilib
15:48
9 may 2024
Ordubadda avtomobil yolunda qaya uçqunu baş verib
14:38
9 may 2024
Lənkəranda saxlanılan narkokuryerdə 22 kq marixuana aşkar olunub
13:20
9 may 2024