Şəmkir sakininin qətlə yetirən şəxs tutulub
21 iyul 2012 10:27 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları adam öldürməkdə təqsirləndirilən Çənlibel kənd sakini Xəyal Verdiyevi həbs edib. APA-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Şəmkir şəhərində yaşayan Yunis Hüseynov adlı şəxs iyulun 18-də evdən çıxaraq geri qayıtmayıb. Şəmkir RPŞ əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı Y. Hüseynovun həmin gün Çənlibel kəndində, kənd sakini Xəyal Verdiyev tərəfindən tamah məqsədi ilə balta ilə qətlə yetirilməsi, sonra isə meyitinin sanitar qovşaq quyusuna atılması müəyyən edilib.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X. Verdiyev tutulub. Y. Hüseynovun meyiti isə sanitar qovşaqdan çıxarılıb.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X. Verdiyev tutulub. Y. Hüseynovun meyiti isə sanitar qovşaqdan çıxarılıb.
Hadisə
Bakının İstiqlaliyyət küçəsində kafedə tüstülənmə olub
21:26
17 may 2024
Şəmkirdə qəza olub, ölən və xəsarət alanlar var
20:56
17 may 2024
FHN: Kürdəmir və Saatlıda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib - VİDEO
19:55
17 may 2024
“Tərtər işi” ilə bağlı həbs edilən general Bəkir Orucovun cəzası 9 ildən 6 ilə endirilib
17:50
17 may 2024