Qax şəhər sakini həmyerlisini bıçaqlayıb
27 avqust 2012 07:26 (UTC +04:00)
Qax Vüqar Heydərov - APA. Qax şəhər sakini həmyerlisini bıçaqlayıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Qax rayon Polis Şöbəsindən məlumat verilib. Məlumata görə, 1955-ci il təvəllüdlü, Qax şəhər sakini Heydərov Abid Həbib oğlu həmyerlisi 1972-ci il təvəllüdlü, Qax şəhər sakini Rzayev Əfqan Nizami oğlunu döş qəfəsindən bıçaqlayaraq hadisə yerindən qaçıb. Xəsarət alan Əfqan Rzayev Qax Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, onun üzərində cərrahiyə əməliyyatı aparılıb. Qax RPŞ-nin əməkdaşlarının səyi nəticəsində hadisəni törədən Abid Heydərov rayon ərazisİndə saxlanılaraq istintaqa təhvil verilib. İlkin araşdırma zamanı Abid Heydərov həmyerlisini şəxsi münaqişə zəminində bıçaqladığını bildirib. Faktla bağlı Qax RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.
Hadisə
Şəmkirdə qəza olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB - FOTO
23:39
17 may 2024
Bakının İstiqlaliyyət küçəsində kafedə tüstülənmə olub
21:26
17 may 2024
FHN: Kürdəmir və Saatlıda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib - VİDEO
19:55
17 may 2024
“Tərtər işi” ilə bağlı həbs edilən general Bəkir Orucovun cəzası 9 ildən 6 ilə endirilib
17:50
17 may 2024