Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib
29 avqust 2012 22:44 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov-APA. Yevlax-Zaqatala-Gürcüstan magistral yolunda ölümlə nəticələnən yol qəzası baş verib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala rayon Polis Şöbəsindən məlumat verilib. Məlumata görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 130-cu kilometrliyində, Zaqatala şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. 1982-ci il təvəllüdlü, rayonun Mosul kənd sakini Gönkülov Azad Camal oğlu idarə etdiyi VAZ-2109 markalı 10 DG 662 dövlət nişan nömrəli avtomobil idarəetməni itirərək qarşısında gedən “MAN” markalı, 99 CE 743 dövlət nişan nömrəli yük maşınını arxadan vurub. Qəza nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Azad Gönkülov hadisə yerində ölüb. Faktla bağlı Daxili İşlər Nazirliyinin(DİN) Baş Dövlət Yol Polisi idarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlayıb, araşdırma aparılır.
Hadisə
Baş prokurorun müavini: Ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna 2,6 milyon manat ödənilib - YENİLƏNİB
14:32
30 may 2024
Sumqayıtda qanunsuz hasarlama işlərinin qarşısı alınıb - VİDEO
13:08
30 may 2024
ANAMA-nın sədr müavini: Hədəfimiz hər il 65 min ha ərazini təmizləməkdir
12:22
30 may 2024
Naxçıvanda 17 yaşlı qızı öldürən şəxsə hökm oxunub
11:35
30 may 2024