Azərbaycanda sərnişin qatarı ilə marşrut avtobusunun toqquşması nəticəsində baş verən dəhşətli qəzanın bəzi təfərrüatları məlum olub - VİDEO
31 avqust 2012 08:40 (UTC +04:00)
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, qəzanın baş vermə səbəbləri öyrənilir.
Hadisə şahidləri APA-ya bildiriblər ki, sərnişin avtobusu dəmir yol xəttində qoruyucu şlaqbaumu keçən zaman sönüb. Bu vaxt sərnişin qatarının sürətlə yaxınlaşdığını görən sürücü və sərnişinlərdən bəziləri avtobusdan düşərək canlarını qurtara biliblər.
Qatarın dəmir yol xəttinin üzərində nasaz vəziyyətdə dayanan avtobusu təxminən 20 metr sürüdüyü bildirilib.
Şahidlər onu da deyiblər ki, şlaqbaumu tənzimləyən şəxs qəza baş verən zaman yatmış olub.
Qəza nəticəsində ölənlərin hamısı morqa, yaralılar isə xəstəxanalara çatdırılıb.
Qeyd edək ki, Səhiyyə Nazirliyi baş verən yol qəzası nəticəsində ölənlərin sayının hələlik 6 nəfər olduğunu açıqlayıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya bildirib ki, ölənlərin sayı arta da bilər: “Kliniki Tibbi Mərkəzdə olan 8 nəfərin vəziyyəti ağırdır. Hazırda onlardan 2 nəfəri əməliyyatdadır. Ümumilikdə qəzada 41 nəfər yaralanıb. Onlardan 32-si Kliniki Tibbi Mərkəzə, 9 nəfəri isə Travmatologiya İnstitutuna aparılıb. Onlardan 8 nəfərinə ambulator yardım göstərildikdən sonra evə buraxılıb”.
Kliniki Tibbi Mərkəzin baş həkimi Tərlan Bəbirov isə APA-ya açıqlamasında bildirib ki, qəza nəticəsində Mərkəzə 1 nəfərin meyiti gətirilib, 2 nəfər isə yolda gətiriləndə ölüb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir: “Ölənlərin şəxsiyyətini dəqiqləşdirmək çətindir. Onların sənədi yoxdur və ya qohumları bilmirlər”.
Hazırda mərkəzdə qəza nəticəsində yaralanan 35 xəstə var.
Hadisə
Şəmkirdə qəza olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB - FOTO
23:39
17 may 2024
Bakının İstiqlaliyyət küçəsində kafedə tüstülənmə olub
21:26
17 may 2024
FHN: Kürdəmir və Saatlıda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib - VİDEO
19:55
17 may 2024
“Tərtər işi” ilə bağlı həbs edilən general Bəkir Orucovun cəzası 9 ildən 6 ilə endirilib
17:50
17 may 2024