Ombudsmanın nümayəndələri Bakı İstintaq təcridxanasında Nigar Yaqublu və Əvəz Zeynallı ilə görüşüblər
26 sentyabr 2012 12:12 (UTC +04:00)
Bakı – APA. İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın nümayəndələri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında olublar.
Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təcridxanada saxlanılan Nigar Yaqublu ilə söhbət zamanı o, saxlanılma şəraiti və onunla rəftardan şikayət etməyib.
N.Yaqublu vəkilləri ilə görüş üçün ona lazımi şərait yaradıldığını, onun üçün gətirilən qəzetlərin alınmasında problem olmadığını bildirib. Ombudsmanın nümayəndələri onun saxlanıldığı kameraya baş çəkib və saxlanılma şəraiti ilə tanış olublar. N.Yaqublu ailəsi ilə görüş üçün işi aparan müstəntiqə müraciətlərinin nəticəsiz qaldığını bildirib və bu məsələnin həllində yardımçı olmağı xahiş edib.
Əvəz Zeynallı ilə söhbət zamanı o, istintaq təcridxanasında saxlanılma şəraiti və rəftarla bağlı probleminin olmadığını bildirib. Eyni zamanda Ə.Zeynallı Bakı Ağır Cinayətlər Məhkəməsinin gözləmə otağının şəraitindən narazılığını bildirib.
N.Yaqublunun ailəsi ilə görüşməsi üçün müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq imkan yaradılması məqsədilə Ombudsman Abşeron rayon prokuroruna müraciət edib. Eyni zamanda Müvəkkil Milli Preventiv Qrupuna tapşırıb ki, yaxın vaxtlarda Bakı Ağır Cinayətlər Məhkəməsinin məhkumların gözləmə otağına başçəkmə həyata keçirsin.

Hadisə
Şəmkirdə qəza olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB - FOTO
23:39
17 may 2024
Bakının İstiqlaliyyət küçəsində kafedə tüstülənmə olub
21:26
17 may 2024
FHN: Kürdəmir və Saatlıda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib - VİDEO
19:55
17 may 2024
“Tərtər işi” ilə bağlı həbs edilən general Bəkir Orucovun cəzası 9 ildən 6 ilə endirilib
17:50
17 may 2024