Şamaxıda narkotik alverçisi tutulub
23 oktyabr 2012 19:21 (UTC +04:00)
Şamaxı. Elvin Yaqubov-APA. Narkotik vasitə olan marixuananın qanunsuz olaraq saxlanılması və satışı ilə məşğul olan Şamaxı sakini tutulub. APA-nın məlumatına görə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Şamaxı şəhərinin Şəhriyar küçəsi ev 25, mənzil 2-də yaşayan 1967-ci il təvəllüdlü Vəliyev Yaşar Bəylər oğlunu şübhəli şəxs qismində saxlayıblar. Onun üzərinə baxış keçirilərkən çəkisi 8 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Əvvəllər məhkum olunmuş Yaşar Vəliyev tutularaq istintaqa təhvil verilib. Faktla bağlı rayon polis şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
Hadisə
Bakıda küçədə dava olub, 20 yaşlı şəxs bıçaqlanıb
02:11
10 may 2024
Naxçıvanda fərdi yaşayış evində yanğın baş verib, ölən var - FOTO - YENİLƏNİB
22:56
9 may 2024
Sumqayıtda mənzildən meyit tapılıb
21:25
9 may 2024
Yasamal rayonunda qəza olub, "Qələbə" dairəsi istiqamətində sıxlıq yaranıb
20:17
9 may 2024