Azərbaycanda istirahət günləri baş verən yol qəzalarında 9 nəfər ölüb, 29 nəfər isə yaralanıb
05 noyabr 2012 10:05 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Azərbaycanda çoxsaylı insan itkisi ilə nəticələnən yol qəzaları davam edir.
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, şənbə və bazar günləri respublikanın avtomobil yollarında 14 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 9 nəfər ölüb, 29 nəfər isə yaralanıb.
Yol qəzalarının böyük əksəriyyəti sürət həddinin aşılması nəticəsində meydana gəlib.