Bank Of Baku

Türkiyədə QHT sektorunun inkişafına həsr olunan üçüncü beynəlxalq simpozium keçirilib

Türkiyədə QHT sektorunun inkişafına həsr olunan üçüncü beynəlxalq simpozium keçirilib
# 14 dekabr 2006 11:26 (UTC +04:00)
Dekabr ayının birinci ongünlüyündə Türkiyənin Çanaqqala Universitetinin təşkilatçılığı ilə QHT sektorunun inkişafına həsr olunan üçüncü beynəlxalq simpozium keçirilib. Türkiyənin, ABŞ-ın, Polşanın və digər ölkələrin bir çox universitetlərindən təmsilçilərin, Polşa, İsrail, Yaponiya və Belçikanın Ankaradakı səfirlərinin, Şimali Kipr Türk Respublikasının sabiq prezidenti Rauf Denktaşın və digər şəxslərin qatıldığı tədbirdə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) beynəlxalq əlaqələr üzrə koordinatoru Günel Əliyeva da iştirak edib. Bu barədə APA-ya AVCİYA-nın mətbuat xidmətindən məlumat verilib. Simpoziumda QHT, özəl sektor və dövlət arasında olan qarşılıqlı münasibətlər müzakirə edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR