Mətbuat Şurasının sədri Əflatun Amaşovun adından müəssisə sahiblərindən pul tələb edən iki jurnalist barəsində cinayət işi başlanılıb
08 fevral 2007 10:42 (UTC +04:00)
Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq Şöbəsinin (BMCMİ) rəisi, polis polkovniki Fərhad Süleymanov məlumat verib. Onun sözlərinə görə, Q.Şəldiyevlə F.Həsənov barəsində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, (dələduzluq) və 320.1,320.2 (rəsmi sənədləri dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb, istintaq davam etdirilir. Şöbə rəisi deyib ki, bu şəxslərin əməlləri barədə vətəndaşlarda əlavə faktlar olarsa, BMCMİ-nə müraciət edə bilərlər. F.Süleymanovun sözlərinə görə, Q.Şəldiyevlə, F.Həsənov barəsində əlavə məlumatlar daxil olarsa, onların həbsi istisna olunmur.
MŞ sədri Ə.Amaşov isə APA-ya bildirib ki, faktla bağlı daxili işlər naziri Ramil Usubova məktubla müraciət edib: “Həmin şəxslər müxtəlif obyektlərə gedərək, mənim adımdan müəssisə sahiblərindən şantaj yolu ilə pul tələb ediblər. Müraciətimdən sonra hüquq-mühafizə orqanları tərəfindən lazımi tədbirlər görülüb”./APA/

Hadisə
MN-dəki 143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb
19:23
3 may 2024
Həbsdə olan MTN generalının müraciəti geri qaytarılıb
18:04
3 may 2024
Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - YENİLƏNİB-1
18:02
3 may 2024
Bakı-Quba yolunda “Range Rover” yanıb
15:30
3 may 2024