Bank Of Baku

Azərbaycan ordusunun ehtiyatda olan zabiti 3 il 6 ay 18 gün müddətinə azadlıqdan məhrum edilib

Azərbaycan ordusunun ehtiyatda olan zabiti 3 il 6 ay 18 gün müddətinə azadlıqdan məhrum edilib
# 08 fevral 2007 10:44 (UTC +04:00)
Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə hakim İmran Hüseynovun sədrliyi ilə Azərbaycan Silahlı Qüvvələrindən ehtiyata buraxılan baş leytenant Pərviz Bağırova hökm oxunub. APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə P. Bağırov 3 il 6 ay 18 gün müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, P. Bağırov cinayət əməllərini 2002-ci ildə hərbi xidmətdə olduğu zaman zabit yoldaşı Ramin Qəmbərovla birgə həyata keçirib. R. Qəmbərov 2004-cü ildə cinayət əməlinə görə mühakimə olunsa da, P. Bağırov ötən ilin noyabrında həbs olunub və barəsində istintaq tədbirləri davam etdirilib. O, Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq), 233-cü (odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə), 329.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rəisə müqavimət göstərmə və ya onu qulluq vəzifəsini pozmağa məcbur etmə) və 341.2.1-ci (bir qrup şəxs tərəfindən hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etmə) maddələri ilə təqsirləndirilirdi. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR