Bank Of Baku

Bərdədə mantyoru cərəyan vurub

Bərdədə mantyoru cərəyan vurub
# 23 mart 2007 10:53 (UTC +04:00)
Bərdə şəhərinin bir hissəsinə elektrik enerjisinin verilməsində 10 saata yaxın fasilə yaranıb. APA-nın Qarabağ bürosunun məlumatına görə, qəzanın səbəbini müəyyən etmək istəyən elektriklərdən birini isə cərəyan vurub. Bərdə Rayon Paylayıcı Elektrik Şəbəkəsinin mantyoru, 1958-ci il təvəllüdlü Zülfəliyev Raci Qürbət oğlu qırılmış naqilləri birlişdirmək istəyərkən təhlükəsizlik qaydalarına riayət etməyib, çıxdığı elektrik dirəyindən keçən naqillərdə elektrik enerjisinin olmadığını güman edib. Cərəyan vurması nəticəsində ciddi xəsarət alan mantyor bir müddət havadan asılı qalıb. Yalnız cərəyan kəsildikdən sonra Raci Zülfəliyev yerə düşüb. Yaxınlıqda olanların dirəyin dibində çadır açaraq, onu qurtarmaq cəhdləri də nəticəsiz qalıb. Bərdə Mərkəzi Rayon Xəstəxanasının həkim-travmatoloqu Xaliq Məmmədovun APA-ya bildirdiyinə görə, yaralının vəziyyəti çox ağırdır. Həkim deyib ki, cərəyan şiddəti 49 yaşlı mantyorun qulaqlarından və böyrəklərindən qan sızmasına səbəb olub. R. Zülfəliyev yerə düşəndə isə ikitərəfli travma alıb.
Bərdə Paylayıcı Elektrik şəbəkəsindən verilən məlumatda isə bildirilir ki, xətdə elekrik cərəyanı deyil, induksiya olub. R. Zülfəliyev qorxudan özünü hündür elektrik dirəyindən atması nəticəsində xəsarət alıb. Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşqdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR