Bank Of Baku

Azərbaycanın Quba və Şəki rayonlarında zəlzələ olub

Azərbaycanın Quba və Şəki rayonlarında zəlzələ olub
# 29 mart 2007 08:52 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Arif Həsənov bildirib. Onun sözlərinə görə, Azərbaycanda son günlər bir-birinin ardınca baş verən zəlzələlərə görə narahat olmaq lazım deyil: “Bunun heç bir qorxusu yoxdur. Mən həmişə demişəm ki, biz bir ildə 1000-ə yaxın təkan qeydə alırıq. Belə hallar daim baş verir”.
Martın 29-da isə Şəkidə yeraltı təkan qeydə alınıb. Seysmoloji Xidmət Mərkəzinin direktor müavini Qurban Yetirmişli APA-ya bildirib ki, gecə saat 1.37-də baş verən zəlzələ hiss olunmayacaq dərəcədə zəif olub: “Yeraltı təkan təxminən 2 bal gücündə qeydə alınıb”.
Qeyd edək ki, Şəkidə bir neçə gün əvvəl də yeraltı təkan baş verib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR